Image

Azərbaycanda şəkər xəstələrinin sayı artıb - rəsmi

Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 1,3% artaraq 344 577 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2024-cü ildə bu göstərici 340 205 nəfər olub.

Artım əsasən insulindən asılı olmayan diabet xəstələri hesabına qeydə alınıb. Onların sayı 313 005 nəfərdən 317 251 nəfərə yüksəlib - 1,4% artım.

İnsulindən asılı diabet xəstələrinin sayı isə 27 200-dən 27 326 nəfərə çatıb.

Əhalinin hər 100 000 nəfərinə düşən qeydiyyat göstəricisi 3 327,2-dən 3 357,7-yə yüksəlib.

İlk dəfə diabet diaqnozu qoyulanların sayı azalıb. 2025-ci ildə 25 356 yeni hal qeydə alınıb, 2024-cü ildə isə bu rəqəm 26 385 olub - 3,9% azalma. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır