Image

İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında vəfat edib

 

İqtisadçı-ekspert Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbindən vəfat edib. Bu barədə onun yaxınları əməkdaşı olduğu Oxu.az-a məlumat verib.

Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.

Pərviz Heydərov media çıxışlarında əsasən iqtisadi göstəricilər, dövlət büdcəsi, inflyasiya, gəlirlər, sosial ödənişlər və digər maliyyə-iqtisadi məsələləri şərh edirdi.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır