Image

Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur. Bu barədə TƏBİB-dən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.

Vətəndaşlardan qeyri-rəsmi platformalardan və digər vasitələrdən istifadə etməmələri xahiş olunub.

Bu gün bir sıra mediada həkim qəbuluna onlayn növbə əldə edilərkən ödəniş tələb olunması ilə bağlı xəbərlər yayılmışdı.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır