Ağstafada güclü külək dağıntılara səbəb oldu - Yaralılar var - VİDEO
Azərbaycanın bir çox bölgəsində olduğu kimi Ağstafada da güclü külək ciddi fəsadlara yol açıb.
Bu barədə rayon sakinləri BAKU.WS-in "qaynar xətti"nə bildiriblər.
Qeyd edilir ki, iyunun 20-də axşam saatlarında külək Ağsatafanınbir çox ərazisində irigövdəli ağacları aşırıb. Səməd Vurğun parkında böyük dağıntılara səbəb olub.
Havanın qeyri-sabit keçməsi səbəbindən bir neçə nəfər xəsarət alıb.
Cavid Babayev BAKU.WSMənbə: baku.ws