Image

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb

 

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ceyhun Niftəliyevin idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Qəhrəman Həmidovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır