Niderlandla matçda Mbappeni kimin əvəzləyəcəyi məlum oldu
İyunun 17-də Fransa millisi 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Avstriya millisinə qalib gəlib (1:0).
Kilian Mbappe matçın sonuna yaxın burnundan zədə alaraq xəstəxanaya yerləşdirilib.
Fransanın "L'Equipe" nəşrinin məlumatına görə, 2-ci turun Hollandiya ilə oyunu üçün millinin baş məşqçisi Didye Deşam yarımmüdafiəçi Aurelien Tchouameni və N'Qolo Kanteni mərkəzdə, Ardien Rabionu isə sol cinahda oynadacaq.
Komandalar arasında görüş iyunun 21-də, "Red Bull Arena - Centralstadion" (Leyptsiq) stadionunda saat 23:00-da baş tutacaq.
BAKU.WSMənbə: baku.ws