Güclü külək binanın fasadını uçurub, mişar daşlarını yerindən oynadıb - FOTO
Ötən gün müşahidə olunan güclü külək Gəncə şəhərində fəsadlar törədib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, əsən güclü külək Gülüstan qəsəbəsində bina 20B-nin fasadını uçurub. Həmçinin binada mişar daşları yerindən oynayıb.
Şikayətçinin sözlərinə görə, hazırda binada təhlükəli vəziyyət davam edir:
"Dünəndən bəi rəsmi qurumlara zəng edirik. Hələ ki bir nəticə yoxdur. Yenə güclü küləyin əsəcəyi proqnozlaşdırılır. Qorxuruq ki bu dəfə daha ağır nəticələr verər".
BAKU.WS



Mənbə: baku.ws