Image

Laçın istiqamətində xidmət edən əsgərin itkin düşdüyü bildirilir

Laçın istiqamətində yerləşən, N saylı hərbi hissədə xidmət edən əsgər Nəsimi Rasim oğlu Musayevin sentyabrın 26-da itkin düşdüyü bildirilir. Bu barədə onun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər. 

Paylaşımda əsgərin yaxınları ondan xəbər ala bilmədiklərini qeyd ediblər. Yaxınları videoda qeyd edir ki, əsgərin xidmət etdiyi hərbi hissənin komandiri onları qəbul etmir. 

Bununla bağlı Nəsimi Musayevin yaxınları ölkə prezidenti İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət edərək kömək istəyiblər. 

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib, lakin xəbər hazırlanarkən cavab alınmayıb.

Sözügedən müraciət videosunda hərbi hissənin adı və yeri qeyd olunduğu üçün görüntüləri paylaşmırıq. 

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır