Image

İcra başçılarının müavinlərinin sayı AZALIR

Azərbaycanda artıq bir neçə ildir ki, yerli icra hakimiyyəti başçılarının müavinlərinin sayında azalma müşahidə edilir.

Gundem.az rəsmi məlumatlara istinadən xəbər verir ki, eyni proses 2023-cü ildə də baş verib. 2023-cü ilin sonunda müavin vəzifəsində çalışanların sayı 200-ə düşüb.

Müavinlərin sayı 2022-ci ildə 207, 2020-ci ildə 224 nəfər idi. Onların 67-si qadındır.

Yerli icra hakimiyyəti başçılarının müavini vəzifəsi 4-cü təsnifat üzrə inzibati vəzifə hesab edilir. Bu vəzifəni tutanların 31-i Bakı şəhərində, 13-ü Naxçıvan Muxtar Respublikasında, 5-i Sumqayıt şəhərində çalışır. Əksər rayon və şəhərlərdə isə müavin vəzifəsində çalışanların sayı 2 və ya 3 nəfər olur.(sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Azərbaycan nefti ucuzlaşıb