Image

Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şahvəlilər kəndi ərazisində olub.

Hərəkətdə olan “KIA Rio” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır