Image

Sumqayıtda 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib

 

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

TƏBİB-in Bizim.Media-nın sorğusuna cavab olaraq verdiyi məlumata görə, oktyabrın 2-də saat 10:20 radələrində 11-i oğlan, 3-ü qız olmaqla 14 nəfər Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır