Image

Azər Ələsgərov Mərkəzi Bankın baş direktoru təyin edilib

 

Azər Ələsgərov 1 oktyabr 2026-cı ildən Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru vəzifəsində çalışıb.

Azər Ələsgərov əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentində başlayıb. Müxtəlif illərdə aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə rəisi və departament direktorunun müavini vəzifələrində çalışıb.

O, 2009-cu ilin iyunundan 2026-cı ilin oktyabrınadək Mərkəzi Bankın Pul siyasəti departamentinə rəhbərlik edib.

Azər Ələsgərov 2012-ci ildə Azərbaycanda bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

O, sosial-iqtisadi problemlərə həsr olunmuş 90-dan çox analitik məqalənin müəllifidir.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır