Image

Bu ərazidə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri həyata keçiriləcək.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsi Kondisioner bağları yaşayış massivində saat 09:00-dan 13:00-dək enerjinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır