Image

Sabirabadda yol qəzasında 6 nəfər xəsarət alıb

Sabirabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.   BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.   İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.   Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.   Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.   Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti