Prezident çoxtərəfli konvensiyanı təsdiq etdi
"Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya" təsdiq edilib. BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, sənəd 2016-cı il noyabrın 24-də Paris şəhərində imzalanıb. BAKU.WSMənbə: baku.ws