Image

Biləsuvarda 26 yaşlı şəxs öldürülüb - xalası oğlu şübhəlidir

Biləsuvar rayonunda 26 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Qafqazinfo xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Milan Soltanlı bıçaq xəsarətləri alıb. O, ağır yaralarla xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə onun xalası oğlu, İlkin Mehdiyev şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır