Image

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində oktyabrın 7-də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirilib ki, 19 nömrəli hava elektrik xəttində təmir işləri ilə əlaqədar saat 14:00-dan 18:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Fasilə Naxçıvan şəhərinin 56, 59, 60 və 61-ci məhəllələrini, M. Şəhriyar, Səməd Vurğun və H. Rəhmanov küçələrini, Hərbi Şəhərcik-1 və Universitet şəhərciyini əhatə edəcək.

Həmçinin Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır