Tovuzda avtomobillər toqquşub, yaralılar var - FOTO
Tovuzda yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub.
Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS

Mənbə: baku.ws