Image

Tərtərdə minik avtomobili yanıb

Tərtər rayonunda minik avtomobili yanıb.   Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti