İmişlidə dəhşətli qəza: Maşın aşdı - Ölən var
İmişlidə baş verən avtomobil qəzasında 39 yaşlı sürücü hadisə yerində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verri ki, hadisə İmişli şəhərində baş verib. İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Xəlil Asif oğlu Quliyev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws