Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ÖLDÜ
Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.
Gundem.az verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
Mənbə: gundem.az