Image

COP29-un prezidenti Klaver Qatete ilə görüşüb - FOTO

COP29-un prezidenti Muxtar Babayev BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“COP29 sədrliyi və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete arasında inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsinin vacibliyi ilə bağlı məzmunlu ikitərəfli müzakirə aparılıb”, - məlumatda qeyd edilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Kadir İnanır vəfat edib

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb