Image

Şahzadələr analarından qalan mirası ala bilməyəcəklər

Kral ailəsindən ayrılaraq ABŞ-yə köçən şahzadə Harri ilə qardaşı Uilyam analarından onlara miras qalan evi ala bilməyəcəklər. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Bu günə qədər Harri ilə Uilyam analarının 13 milyon funt-sterlinq dəyərində sərvətinin böyük bir qismini və zinət əşyalarının çoxunu alıblar. Lakin qardaşlar analarının uşaqlığını keçirdiyi "Althorp Estate"i almayacaq. O mülk aktyorun adına keçiriləcək. 1508-ci ildən bəri Spenser ailsinə aid olan malikanəsi Harrinin dayısıoğlu Luiz Spenserə qalacaq. O Diananın qardaşı Örl Çarlz Spenserin övladıdır.  BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu