Neftçalada məktəbdə yanğın oldu
Neftçala rayonunun Şirvanlı kəndində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gundem.az-a bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az