7 il idi belə uğursuzluq yaşamırdılar
“Napoli” A Seriyasının 15-ci turu çərçivəsində səfərdə “Yuventus”a 0:1 hesabı ilə uduzub.
Gundem.az xəbər verir ki, Valter Matsarrinin komandası üçün bu məğlubiyyət bütün turnirlərdə ardıcıl üçüncü olub.
“Napoli” 7 ildir ki, bütün turnirlərdə belə uğursuz seriya yaşamayıb. Sonuncu dəfə belə uğursuzluq 2016-cı ilin oktyabrında, Mauritsio Sarrinun komandaya rəhbərlik etdiyi vaxtda baş tutub.
Qeyd edək ki, son İtaliya çempionu “Yuve”dəm əvəvl “Real” (2:4) və “İnter”ə (0:3) uduzub.
Mənbə: gundem.az