Model 16 yaşlı qızına görə 4 il 6 ay həbs oluna bilər - FOTO
Tanınmış model və aparıcı Deniz Akkaya 4 il 6 ay həbs oluna bilər.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, modelin qızına qarşı zorakılıq tətbiq etdiyi ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.
İrəli sürülən iddianamədə Akkaya qızını qəsdən yaralama maddəsi ilə ittiham edilib. Onun 1 il 6 aydan 4 il 6 aya qədər həbs edilməsi istənilib. Əgər bu iddia qəbul edilərsə Deniz yaxın günlərdə hakim qarşısına çıxarılacaq.
Xatırladaq ki, bir müddət əvvəl Deniz Akkaya qızı tərəfindən döyülüb.
Onun sözlərinə görə, qızı Akkayanı 2 saata yaxın eyvanda saxlayıb.
"Bir az əvvəl 16 ildir təkbaşına baxdığım qızımın israrla məndən gizlətdiyi telefonunu tapdım. Məndən xəbərsiz xarici ölkə planlarını öyrənməyim səbəbindən telefonunu aldım. Fiziki hücum azmış kimi, məni 1,5 saat qapını kilidləyib eyvanda saxladı. Qonşuların və mühafizəçilərin müraciətləri cavabsız qalanda 112-yə 3 dəfə zəng vurduqdan sonra xilas oldum" - deyə, model bildirib.
BAKU.WS
