Bakı-Sumqayıt yolunda ağır qəza: 6 nəfər xəstəxanaya yerləşdirildi - FOTO
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.
Mkroavtobusun betona çırpılması nəticəsində xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan dördünün vəziyyəti ağırdır.
BAKU.WS

Mənbə: baku.ws