Yeddi yaşlı uşaq hovuzda BOĞULDU
Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.
Gundem.az-ın məlumatına görə, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.
Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az