Rusiyanın Kamçatka yarımadasında 6.1 bal gücündə zəlzələ baş verib.BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb."Zəlzələnin maqnitudası 6.1, dərinliyi 95 kilometr olub", - məlumatda bildirilir.Qeyd olunur ki, zəlzələnin episentri Ust-Kamçatskdan 69 kilometr məsafədə yerləşib.
BAKU.WS