Image

Azərbaycan səfiri Səudiyyənin XİN başçısının müavini ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.   BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb.   “Xarici işlər nazirinin müavini, mühəndis Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.   Bildirilib ki, görüşdə “iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub”. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb