Teomanın 30 illik gitarasından əldə edilən gəlir uşaqlara xərclənəcək
Məşhur müğənni Teoman xeyirxah addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçini 30 ildir istifadə etdiyi gitarası onlayn platformada hərraca çıxarılacaq.
Hərracdan əldə edilən gəlir Uşaqların Müdafiəsi qurumuna xərclənəcək.
Məlumat üçün bildirək ki, hərrac Bosphorus Art Society (B.A.S.) platformasında “Cash on the Table” markası adı altında satışa çıxarılacaq.
BAKU.WS