Image

Paytaxtda çoxmərtəbəli binada yanğın olub - YENİLƏNİB/FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

02:44

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

APA xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 15-ci mərtəbəsində qeydə alınıb.

01:46

Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində qeydə alınıb.

Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib.

Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirirlər.

 

 

 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb