Image

Türkiyə mediasında 45 illik Aydın Doğan dövrü tamamilə başa çatıb

Türkiyəli məşhur iş adamı Aydın Doğanın sahibi olduğu və 1988-ci ildə qurulan "Doğan Burda Magazine Group" 10 milyon dollara satılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 36 ildən sonra səhmlərini satan Aydın Doğan beləliklə 45 ildən sonra mediadan tamamilə uzaqlaşıb.

21 iyul 1988-ci ildə "Doğan Holdinq" və "Alman Hubert Burda" qrupunun ortaqlığı ilə qurulan "Doğan Burda Magazine Group" investisiya fondu qrupuna satılıb. Doğan Burdanın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamaya görə, satış əməliyyatı 10 milyon dollara həyata keçirilib.

Aydın Doğan və Doğan Holdinq 2018-ci ildə Doğan Media Qrupunu Demirören Holdinqə satdı. Doğan Burdanın satılması ilə media sektorundan tamamilə uzaqlaşdı. Doğan 45 il əvvəl 1979-cu ildə “Milliyet”i satın alaraq media sənayesinə qədəm qoyub. Doğan Burdanın 38,22 faizi Doğan Şirketler Grubu Holdingə, 38,09 faizi Burda GmbH-ə məxsus olan səhmlərinin 23,69 faizi digər tərəfdaşlar arasında və BIST-də ticarət edilir.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu