Image

Nazir: "COP29 çərçivəsində müxtəlif təşəbbüslərin müzakirəsi üçün platformalar yaratmağa hazırıq"

Dünya ölkələri dəniz yük daşımaları və aviasiya sahəsində xüsusi verginin (həmrəylik vergisi) tətbiqini müzakirə edirlər.   BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında COP29-un prezidenti Muxtar Babayev bildirib.    "Bir neçə ölkə dəniz nəqliyyatı ilə yük daşınmasına, hava səyahətlərinə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib ki, bu da əsasən "biznes-klas" sərnişinlərinə və ya çarter reyslərə və s. şamil edilir. Hər kəsin yanaşması fərqlidir, bu, müzakirə mövzusudur. Belə təşəbbüslər üçün biz Bakıda belə məsələlərin müzakirə oluna biləcəyi platformalar açmağa hazırıq", - deyə o bildirib.   Onun sözlərinə görə, bu ideyanı fəal şəkildə təbliğ edənlər arasında Barbadosun Baş naziri Mia Mottli də var:   "Qərarları Azərbaycan qəbul etmir, ölkəmiz platformalar yaradır və müzakirələr zamanı 200 ölkə razılığa gəlməlidir".   Ötən həftə BMT-nin baş katibi Antonio Quterreş karbon emissiyalarının və fossil yanacaqlarla işləyən şirkətlərin izafi mənfəətinin vergiyə cəlb edilməli olduğunu bildirib. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti