Image

Britaniyanın yeni müdafiə naziri Ukraynada raket atəşinə məruz qalıb

Britaniyanın yeni müdafiə naziri Con Healey iyulun 7-də Ukraynaya ilk rəsmi səfəri zamanı raket atəşinə məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

Mətndən belə çıxır ki, Vladimir Zelenski, Rustem Umerov və Con Healy arasında Odessada aparılan danışıqlar zamanı hava hücumu xəbərdarlığı səslənib, bundan sonra onlar zirzəmiyə sığınmağa məcbur olublar. Qəzetin yazdığına görə, onlar nə az, nə çox yarım saat sonra sığınacaqdan çıxa biliblər.

Qeyd edək ki, daha əvvəl Bolqarıstan parlamentinin spikeri Rosen Jeleznyakov deyib ki, o, nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Kiyevdə bomba sığınacağında üç saat qalıb.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu