Image

Ermənistanın peykləri dünya ölkələri üçün böyük problem yaradıb

İrəvan xarici ölkələrin erməni peyklərinin “Hayasat-1” və “Armsat-1”in Yer orbitindən çıxarılması tələbi ilə bağlı böyük siyasi qalmaqalla üzləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Politoloq Dmitri Solonnikov NEWS.ru-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, qurğular Amerikanın “Falcon 9” daşıyıcısı tərəfindən buraxılıb.

Solonnikov hesab edir ki, kosmos layihəsinin uğursuzluğu tamamilə gözlənilən hadisədir, çünki Ermənistanda belə məsələlərə buna səlahiyyəti olmayan məmurlar nəzarət edir. Belə ki, iyunda vəzifəsini tərk etmiş yüksək texnologiyalar sənayesi nazirinin keçmiş müavini Avet Poqosyanın istefası kosmik qalmaqalla əlaqələndirilir. “Joqovurd” qəzetinin məlumatına görə, məmur əvvəllər taksi sürücüsü işləyib.

Bundan əvvəl “Joqovurd” “Armsat-1” və “Hayasat-1” peyklərinin qeyri-peşəkar şəkildə orbitə buraxıldığını, hesablamaların səhv aparıldığını yazmışdı. Nəticədə, müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən qurğular digər ölkələrin peykləri üçün problemə çevrilərək onların işini və ya proqramlarının bir hissəsini pozub.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu