Image

Zalujnı Böyük Britaniyada səfir kimi fəaliyyətə başlayıb

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı bildirib ki, o, Ukraynanın Böyük Britaniyadakı səfiri kimi yeni işinə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS onun sosial şəbəkələrinə istinadən məlumat yayıb.

Zalujnın sözlərinə görə, o, artıq etimadnaməsinin surətlərini Böyük Britaniya Xarici İşlər Nazirliyinin protokol departamentinin direktoru Viktoriya Basbiyə təqdim edib.

“Mən Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrimi icra etməyə başladım”, - deyə Jaluznı yazıb.

Xatırladaq ki, 2024-cü il fevralın əvvəlində Vladimir Zelenski Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu