Image

Rusiyada nazir müavini ağır qəzada öldü

Rusiyada, Altay diyarının sənaye və energetika nazirinin müavini Vladimir Loktyuşov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə Tass-a region hökumətindən məlumat verilib.

Hadisə Pervomayski rayonunda, P-256 Çuyski Trakt avtomobil yolunun 218-ci kilometrliyində baş verib, "Toyota Camry" və "Lada Largus" markalı avtomobillər toqquşub. Loktyuşov ezamiyyətdən qayıdırmış.

Hadisə nəticəsində biri uşaq olmaqla 5 nəfər xəsarət alıb. 

Loktyuşov 2023-cü ilin oktyabrında rayonun sənaye və energetika nazirinin müavini təyin edilib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu