Image

Bakı-Qazax yolunda qəza olub, 9 nəfər xəsarət alıb - FOTO

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb