Image

Türkiyənin 7 vilayətinə xəbərdarlıq edilib

Türkiyənin Meteorologiya Baş İdarəsi 7 vilayətdə gözlənilən tufanla əlaqədar "sarı" kodlu xəbərdarlıq edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolu, Karabük, Çankırı, Ankaranın şimal və qərb rayonlarında, Əskişəhər, Afyonkarahisar və Kütahyada lokal olaraq güclü tufan gözlənilir.

Əhaliyə qəfil daşqın, sel, şimşək çaxması, dolu, qəfil güclü külək və qısamüddətli tufan kimi neqativlərə və nəqliyyatın axsamasına qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq olunub.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu