Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.
BAKU.WS