Image

Sağlam insan gündə nə qədər şokolad yeyə bilər? - Dietoloq miqdarı açıqladı

İnsan sağlamlığına zərər vermədən gündə 1 "plitka" şokolad yeyə bilər.   BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, bunu dietoloq Anna Belousova "NSN"ə bildirib.   "Bu, tünd şokolad olmalıdır. O, ən təsirli antidepresantlardan biri kimi təsir edir", - deyə dietoloq qeyd edib.   Onun sözlərinə görə, insan 100 qram şokolad istehlak edərək 2 min kalori olan gündəlik normanın beşdə birini almış olur.   Dietoloq şəkərin şokoladın kalorisini yüksəltdiyini xatırladıb və buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə edib.   "Sağlam bir insan gündə bir "plitka" şokolad yeyə bilər. Ancaq hamısını bir oturuşda yeməməlisiniz", - dietoloq nəzərə çatdırıb.   O əlavə edib ki, artıq çəkili və ya hərhansı xəstəliyi olan insanlar gündə ən çox "plitka"nın altıda birini yeyə bilərlər.   Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.   Həmçinin, keyfiyyətli məhsulun tərkibində kakao yağı, kakao tozu və təbii şəkər olmalıdır. Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu