Sentyabr ayından etibarən Gürcüstan vətəndaşlarına "Hepatit B" virusuna qarşı pulsuz dərman veriləcək.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib."Son məlumatlara görə, ölkədə 80 min insan bu xəstəlikdən əziyyət çəkir. Xəstələrin pulsuz ala biləcəyi dərmanlar bahadır", - deyə nazir müavini qeyd edib.Qeyd edək ki, Gürcüstanda "Hepatit B" ilə mübarizə üzrə dövlət proqramına profilaktika, diaqnostika və müalicə daxildir.
BAKU.WS