Donald Trampa 3 növ silahdan atəş açılıb
Keçmiş ABŞ prezidenti Donald Trampa 3 növ silahdan atəş açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bununla yanaşı FBI (Federal Təhqiqatlar Bürosu) vurğulayır ki, öldürülən atıcı təkbaşına hərəkət edib.
Məlum olub ki, ilk üç güllə şərti A silahından, sonrakı beş güllə B silahından atılıb, sonuncu güllə isə ehtimal ki, C silahından atılıb.
Kolorado Universitetinin Milli Media-Kriminalistika Mərkəzinin direktoru Katalin Qriqoras və onun həmkarı Kol Uaytkotton bu qənaətə gəlib.
Səsli yazını təhlil edən kriminalist Robert Maherin sözlərinə görə, keçmiş dövlət başçısına atəş açan şəxs, tribunadan təxminən 360-393 fut məsafədə idi.
Daha əvvəl isə FBI (Federal Təhqiqatlar Bürosu) bildirib ki, hücumçu təkbaşına hərəkət edib.
Bu, sui-qəsdin şübhəlinin ideoloji motivləri və ya ruhi pozğunluğu ilə əlaqəli olmadığını vurğulayır.
BAKU.WS