Bakıda tanınmış alim yol qəzasında həlak olub
Bakıda tanınmış alim yol qəzasında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.
Məlumata görə, o, Azərbaycana AMEA-nın dəvəti ilə konfransda iştirak etmək üçün gəlib.
BAKU.WSMənbə: baku.ws