Image

Trampa atəş açan Metyunun atasında 20-dən çox silah tapıldı

ABŞ-nin keçmiş prezidenti Donald Trampa atəş açan şəxsin atasında 20-dən çox silah olduğu ortaya çıxıb.

Bu barədə CNN mənbələrə istinadən xəbər verib.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılmış məlumatlara əsasən, Trampa atəş açan Tomas Metyu Kruksun atasının adına 20-dən çox silah qeydiyyata alınıb",-deyə xəbədə qeyd olunur.

Hüquq-mühafizə orqanlarından olan mənbələr həmçinin bildiriblər ki, bu şəxs sahib olduğu bütün silahları qanuni yolla əldə edib.

BAKU.WS

Xəbər lenti

Sabahın hava proqnozu