Image

Sumqayıtda dənizdə bir nəfər batıb

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

"Report" xəbər verir ki, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Kamal Mirzə oğlu Nəbiyəvdir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb