Image

Fəhlənin səhlənkarlığı partlayışa səbəb oldu: Müəssisədəki hadisənin TƏFƏRRÜATI - VİDEO

Sumqayıtda fəhlənin iş zamanı yanması barədə bəzi detallar məlum olub.

Belə ki, müəssisənin əməkdaşı Şəhriyar Hadıyev Hamlet Şiriyevin həyatı təhlükəsinin olmadığını, hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini bildirib: "Ağzı bağlı qabı alova atıb, o da partlayıb. Yüngül yanıq xəsarəti alıb".

Qeyd edək ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsalat müəssisələrindən birində qeydə alınıb. Xəsarət alan şəxs - 1988-ci il təvəllüdlü Hamlet Şiriyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Ətraflı Baku TV-nin süjetində:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti