Nikol Paşinyan məzuniyyətə çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb.
Gundem.az bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Belə ki, Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan onun avqustun 12-dək məzuniyyətdə olacağını deyib.
“Paşinyan iyulun 15-dən məzuniyyətdədir. Baş nazir məzuniyyətinin böyük hissəsini Ermənistanda keçirəcək”, - o qeyd edib.
Nazeli Baqdasaryan həmçinin bildirib ki, Nikol Paşinyan bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcəyi üçün məzuniyyətini yarımçıq qoyacaq. (sfera.az)