İsraildən Xan Yunisə hava hücumu - Çox sayda ölü və yaralı var
İsrail ordusu Fələstin ərazisinə növbəti dəfə zərbə endirib.
BAKU.WS "Reuters”ə istinadən xəbər verir ki, İsrail aviasiyası bu dəfə Xan Yunisə hava hücumu həyata keçirib.
Belə ki, Xan Yunusda yerləşən fələstinlilərin sığındığı iki düşərgəyə İsrailin hava hücumu nəticəsində azı 15 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.
BAKU.WS